Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan idmançılarından üçü finala vəsiqə qazandı

Yarışlarda 37 ölkədən 300 kişi və qadın idmançı iştirak etmək üçün Mingəçevirə gəlib. Azərbaycan 7 atletlə (6 kişi və bir qadın) təmsil olunur. Kayak və kanoe idman növləri üzrə Sergey Bezuqlıy, Mirnazim Cavadov, Tamerlan Mustafayev, İnna Osipenko-Radomskaya, Aleksey Kupin, Valentin Demyanenko, Taras Matviyçuk mübarizə aparır.

Azərbaycan təmsilçiləri Sergey Bezuqlıy – Aleksey Kupin kanoe cütlüyü  3:29.489 nəticə ilə finala vəsiqə qazanıb.

Aleksey Kupin müxbirimizlə müsahibəsində deyib: “Mən Odessada döğulmuşam. 2011-ci ildən Azərbaycanın milli komandasının tərkibində çıxış edirəm. Bu mənim 5-ci mövsümümdür. Məşqçimiz ukraynalıdır. Məni dəvət etdi və böyük məmnuniyyətlə onun təklifini qəbul etdim. Bugünki görüş sabahkı finala hazırlıq idi. Sabah daha inadla çalışacağıq.  ”

Sergey Bezuqlıyin dediyinə görə, Mingəçevirdə məşq üçün gözəl şərait var və bu yarışda Avropanın ən güclü idmançıları təmsil olunur:  “Burda zəif idmançı yoxdur. Onların hamısı bu oyuna  iştirak üçün lisenziya qazanıblar. Tamerlan Mustafayev gəncdir, 21 yaşı var. Burdakılar avarçəkmənin elitasıdır. Ona görə Tamerlanın belə güclü idmançılarla yarışması bir qədər çətin oldu və nəticəsi ürəkaçan olmadı”.

Azərbaycan avarçəkəni İnna Rdomska-Osipenko qadınların kayak yarışının yarımfinal mərhələsində 500 metr məsafəni 1:48.132 göstərici ilə qət edib. O, finalda Portuqaliya, Serbiya, Belarus, Polşa, Macarıstan, Böyük Britaniya, Avstriya və Sloveniya avarçəkənləri ilə mübarizə aparacaq.

Ümumillikdə avarçəkmə yarışları kişilər arasında 200, 1000 və 5000, qadınlar arasında isə 200, 500 və 5000 metr məsafələrdə həyata keçirilir. Yarış sahəsinin uzunluğu 1000, dərinliyi isə 10 metrdən çoxdur.

Şərhlər bağlıdır.