Dünən saat 23-də Bakı Beynəlxalq Avtovağzalının onlayn bilet satışı sistemindən bilet aldıq və kartla 14,80 manat ödədik. Qaydaya uyğun olaraq avtobusun yola dümə vaxtına yarım saat qalmış avtovağzala gəlib, 16-ci kassadan bileti götürmək istədik. Lakin dedilər ki, həmin yerlər bu gün başqa kassadan nəğd ödənişlə başqa sərnişinlərə satılıb. Əsas gətirdilər ki, bizim sifarişimiz sistemdə görünməyib. Yenidən bilet almağımızı və iki həftəyə pulumuzu qaytarmaği təklif etdiler. Bizim israrımızdan sonra sistemlərində ödəniş aparıldığının göründüyünü etiraf etdilər.Çingiz adlı şəxs problemin həllində bizə yardimçı oldu.Və növbəti reysə bilet verdilər.
Bir saata kimi vaxtımızı itirdik. Son iki ayda onlayn satılan biletlərin 60 %-nin sistemdə görünməməsi və vətəndaşların belə problemlə üzləşdiyini də açıqladılar. Deməli, biz tək deyildik.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır.