Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ASK mingəçevirli sahibkarlarla dəyirmi masa ətrafında görüşüb

İyunun 27-də Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Mingəçevir şəhərində “Regionların inkişafında biznes-maliyyə sektorunun dialoqu” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirə Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katib əvəzi Kristina Məmmədovanın rəhbərliyi ilə nümayəndə heyəti, Azərbaycan Banklar AssosiasiyasıSahibkarlığın İnkişafı Fondunun nümayəndələri, Mingəçevir şəhər sahibkarları və regionda təmsil olunan bankların rəsmiləri qatılıb. .

Kristina Məmmədova Mingəçevirdə fəaliyyət göstərən “Elastik” MMC-nin direktoru Vaqif Həsənovu təqdim edərək, onun ASK-nın Mingəçevir şəhər nümayəndəliyinin rəhbəri seçildiyini elan edib.

Dəyirmi masada sahibkarlar qarşılaşdıqları əsasən bank kreditlərinin faizləri, sənaye sektorunan inkişafı üçün xüsusi kredit məhsullarının ayrılması ilə bağlı məsələləri qaldırıblar. Bankirlər sahibkarların bununla bağlı suallarını cavablandırıblar. Qərara alınıb ki, sənaye sahəsi üzrə yeni kredit məhsulu yaradılsın.

Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi Rəsul Rəsulov fondun xidmət mexanizmi barədə sahibkarları məlumatlandırıb və onların fəaliyyətinin optimallaşdırılması üçün müvəkkil bankların sayının artırılmasını təklif edib. Banklar Assosiasiyasının nümayəndəsi Əzizağa Haqverdiyev bankların kredit faizləri və sənaye sahəsinin maliyyələşdirməsi imkanları barədə məlumat verib.

Görüşdə sahibkarlarlar içməli su, ticarət, turizm üzrə qaldırdıqları suallarını da ASK-ya ünvanlayıb. Qərara alınıb ki, bütün problemlər V.Həsənov tərəfindən toplanaraq, birgə komissiyalarda qaldırılması üçün ASK-nın baş ofisinə göndərilsin.

Mingəçevirli sahibkarlarla görüş

Şərhlər bağlıdır.