Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ana südü ilə qidalanmanın təşviqi

23-25 iyul 2019-cu il tarixlərində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Körpə-dostu klinikasının təşəbbüsü ilə “Körpə-dostu klinikasında ana südü ilə qidalanmanın dəstəklənməsi və təşviqi” mövzusunda təlim keçirildi. İcbari Tibbi Sığortanın pilot layihə kimi tətbiq edildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında yenidoğulmuşlarla çalışan tibb bacılarının iştirak etdiyi təlimdə ana südü ilə qidalandırmanın körpələrin və anaların sağlamlığının qorunması üçün ən səmərəli yol olduğu və onun təbliğinin vacibliyi diqqətə çatdırıb.

Anaların öz körpələrini ana südü ilə qidalandırmasına daha yaxından kömək etmək məqsədilə təşkil olunan seminarda K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi, neonatoloq-pediatr Səadət Ələsgərova, Azərbaycan Tibb Universitetinin müəllimi, ATU Tədris Cərrahiyə Klinikasının həkimi, neonatoloq-pediatrı Nurəngiz Hacıyeva və BMT-nin Uşaq fondunun (UNICEF) qidalanma üzrə məsləhətçisi Elturan İsmayılov maraqlı mühazirələrilə ana südünün körpələrin sağlam inkişafı üçün ən ideal, əvəzsiz qida olduğu vurğulayıblar. 3 gün müddətində tibb bacılarına “Hamiləlik vaxtı ana südü ilə qidalanmanın təşviqi”, “Doğuşa hazırlıq və döşlə əmizdirmə”, “Əmizdirmədə dəstək”, “Köröpələrdə olan xüsusi vəziyyətlər” kimi mövzular ətrafında geniş müzakirələr aparılıb, maarifləndirici slarydlarla bilgilər verilib. Körpələri yalnız ana südü ilə qidalanma səviyyəsinin artırılmasına dəstək vermək üçün doğum şöbəsində praktik təlimlər keçirilib, analara körpələrini düzgün əmizdirilməsində, ana südünün sağılmasında, körpənin fincanla yedizdirilməsində yardım göstərilib. Eyni zamanda şöbədə müalicə alan və xəstəxanaya müraciət edən hamilə qadınlara doğuşa hazırlıq və döşlə əmizdirmə, ana südü ilə qidalandırmanın faydaları haqqında məsləhətlər verilib, ana südü ilə qidalanma körpənin fiziki və əqli inkişafı baxımından əvəzsiz faydalı olduğu bildirilib.

Beynəlxalq statistik məlumatlar onu göstərir ki, Azərbaycanda ilk 6 ayda ekskluziv ana südü ilə qidalandırma bir çox ölkələrdən aşağıdır. Buna səbəb isə anaların süni qidalardan istifadəyə üstünlük verməsi, eyni zamanda valideynlər və onların yaxınlarının ana südünün faydalarından xəbərsiz olmasıdır. 2 ay öncə keçirilən manitorinqin nəticələri də bunu təsdiq edib. Bu məqsədlə pilot ərazilərdə mama və tibb bacıları üçün keçirilən təlimlər zamanı aparılan müşahidələrin müsbət nəticələr verdiyini ilk günlərdən hiss etmək olur. İlk günlərdən körpələrin yalnız ana südü ilə qidalandırılması səviyyəsinin artırılmasına verilən dəstək analar və hamilə qadınlar tərəfindən də yaxşı qarşılanıb.

Qeyd edək ki, anaların öz körpələrini südlə qidalandırmasına daha yaxından kömək etmək məqsədilə “Körpələrin dostu klinikası”nın  pilot ərazilərin tibbi heyəti üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında keçirdiyi təlimlər növbəti həftələrdə də davam etdirələcək.

Şərhlər bağlıdır.