Ana səhifə Xəbər Araşdırma QHT Təqvim Qalereya Ədəbiyyat Mingəçevir Bazardaxil ol “Dini Radikalizm Bəşəri Cinayətdir”
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı” İctimai Birliyi və Kəlbəcər rayon 87 saylı məktəbin təşkilati dəstəyi və təşkilatçılığı ilə Mingəçevirdəki Ağdam rayon 51 saylı məktəbində “Dini Radikalizm Bəşəri Cinayətdir” adlı tədbiri keçirib.
Tədbirdə İslamın humanist din olması, insanlığın, din, dil, irq və millət ayrı seçkiliyi qoyulmadan hər kəsin yaşamaq hüququnun təmin edilməsi, bəşəriyyətin sülh və əmin amanlıq şəraitində yaşaması barədə fikirlər səsləndirilib, ölkə başçısının sərəncamıyla bu ilin İslam Həmrəylik ili elan olunması qeyd edilib. Müxtəlif terror təşkilatlarının, o cümlədən ermənilərin Xocalıda törətdiyi vəhşiliklər barədə müxtəlif fotoşəkillər sərgilənib.
Tədbir zamanı məktəblilərin ifasında islamın barış, sülh, sevgi, dostluq dini olması haqqında kiçik səhnəciklər nümayiş etdirilib. Teror və dini radikalizmin bəşəri cinayət kimi insanlığın məhvinə səbəb olmasından bəhs edən video çarxlar azərbaycan, türk, rus, ingilis, italyan, fransız, ərəb, fars, alman dillərində təqdim olunub. Məqsəd canlarına qıyılan günahsız insanların ruhlarının sakitliyi xatirinə kiçik mesaj vermək və insanları sülhə, dostluğa çağırmaq idi.
Məktəb direktoru Zülfiyyə Hüseynova dini radikalizm və terror fəlakəti haqqında danışıb. Tədbirin təşkilatçısı Türkan Əkbərova məktəblilər arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən söhbət açıb.
Sonda aktiv fəaliyyətlərinə görə şagirdlərə sertfikatlar tədqim olunub.
Tədbir çay süfrəsi ətrafında müzkirələrlə davam edib.
Şərhlər bağlıdır.