Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Sağlam həyat naminə aktivizim layihəsi” uğurla yekunlaşıb

82

Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeanı Reallaşdır 2022” XIII fərdi qrand müsabiqəsi çərçivəsində qalib layihələrdən biri olan “Sağlam həyat naminə aktivizm” layihəsi çərçivəsində təlim və aksiya həyata keçirilib.

Azərbaycan Respublikası Gənclər Fondunun maddi dəstəyi ilə həyata keçirilən layihədə məqsəd, sağlam həyatda yaşamaq və sağlam gələcək formalaşdırmaq üçün gənclərin öz sosial məsuliyyətini dərk etməsi və ekoloji təmizliyin təmin edilməsinə tövhə verməkdən ibarətdir. 2 gün davam edən layihə Mingəçevir şəhərində icra olunub.

Layihənin xüsusilə Mingəçevir şəhərində keçirilməsində məqsəd, turistik şəhərin ekoloji təmizlik imkanlarına diqqət çəkmək və bu sahədə görüləcək işlərə təkan verməkdir.

Şərhlər bağlıdır.