Browsing category

Maraqlı

“Sağlam həyat naminə aktivizim layihəsi” uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeanı Reallaşdır 2022” XIII fərdi qrand müsabiqəsi çərçivəsində qalib layihələrdən biri olan “Sağlam həyat naminə aktivizm” layihəsi çərçivəsində təlim və aksiya həyata keçirilib. Azərbaycan Respublikası Gənclər Fondunun maddi dəstəyi ilə həyata keçirilən layihədə məqsəd, sağlam həyatda yaşamaq və sağlam gələcək formalaşdırmaq üçün gənclərin öz sosial məsuliyyətini dərk etməsi və ekoloji təmizliyin […]

“ART LİNE” layihəsi uğurla davam etdirilir

Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” müsabiqəsinin “Gənc İstedad” qrant istiqaməti üzrə qalib olmuş “ART LİNE” layihəsi uğurla davam etdirilir. Layihəyə uyğun olaraq, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək həmçinin, onların yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, dil biliklərini, natiqlik qabiliyyətlərini və özünü ifadə bacarıqlarını yüksəltmək məqsədi ilə, peşəkar təlimçi Aynur Arazqızı tərəfindən keçilən təlimlərdə gənclər, […]

“Uşaqlar GÜLərsə” layihəsi uğurla yekunlaşdı.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə Vl Qrant müsabiqəsi çərçivəsində qalib olan Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbin müəllimi Zülfiyyə Hüseynovanın “Uşaqlar GÜLərsə” adlı layihəsinin təltifetmə və bağlanış mərasimi keçirildi. Açılışda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bağlanış mərasimində Qarabağ Regional Təhsil […]

Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada “Şuşa İli” çərçivəsində silsilə tədbirlər keçirilir

2022-ci ilin bitməsinə az müddət qalmasına baxmayaraq Gimnaziya öz ənənəsinə sadiqdir. Burada təhsil alan şagirdlərin milli mənəvi dəyərlərin qoruyub saxlanılması istiqamətində yetişdirilməsi prioritet vəzifələrdən biridir.  Bu sözləri Gimnaziyanın direktoru Pərvanə Tahirova bu yaxınlarda keçirilən “Şuşanın Tarixi” adlı tədbirdə çıxışı zamanı qeyd edib. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı və 2022-ci ilin “Şuşa İli” elan edilməsi bir daha […]

Qızlar xəyalpərəst olurlar, 2-ci yazı

Qızlar xəyalpərəst olurlar, kiçik sevinclər belə onları xoşbəxt etməyə, səmalara pərvazlanmağa bəs edər, çünki qızlar həyata daha çox ruhən, duyğuları, hissləri ilə bağlıdırlar. Yəni qadınlar dünyaya mənəvi olaraq daha çox bağlıdırlar, kişilər isə daha çox fiziki olaraq, fiziki gücləri, imkanları ilə bağlıdırlar, yəqin ki, buna görə qadınları anlamaqda çətinlik çəkirlər. Həyat isə davam edər, günlər […]

Qızlar xəyalpərəst olurlar

Əgər bir insan dünyaya qız olaraq gəlibsə, o artıq xəyalpərəstdir və bu belədir. Bəxti gətirib onu çox sevən, qoruyan, qayğısına qalan bir atası varsa xəyalları həmişə pərvaz edəcəkdir. Dünyada hər şey onun gözündə gözəlliyə dönəcək, mahnı qoşacaq, şeir yazacaq, şən və mehriban qız olacaqdır. Yaxşı atası olduğu üçün həmişə qürurlanacaq, fərəhlənəcəkdir. Həyətdə oynadığı, ya bağça […]

“Planet-qatil” adlandırılan astroid yer kürəsi ilə kəsişə bilər.

ABŞ alimləri xəbərdarlıq ediblər ki, son 8 ildən artıq müddətdə müşahidə edilən potensial ən təhlükəli asteroid Yer kürəsi ilə kəsişə bilər. Karnegi Elm İnstitutunun Yer və Planetlər Laboratoriyasından astronom Scott Sheppard, ölçüləri təxminən 1,5 kilometr diametrdə “planet qatili” olaraq xarakterizə edilən Yerə yaxın 2 asteroid kəşf etdiklərini açıqladı. Bu asteroidlərdən yalnız “2022 AP7”nin Yer üçün […]

Film kimi

Həyat da bir filmdir, sadəcə, bu filmin nə zaman başladığını bilmirik. Zaman-zaman hər birimiz bu filmin epizodlarında oynayırıq, sonra da çəkiliş meydanını həmişəlik tərk edib gedirik. Bizdən də geriyə nələrsə qalır, bir az xatirələrdə, bir az da şəkillərdə. Sizcə daha çox nəyə diqqət edirik? Faktlara, tarixi və elmi araşdırmalara, müşahidələrə nəzər salsaq, daha çox rollara, […]

Yapon növü olan balqabaq Mingəçevir sakininin həyətini bəzəyir

Mingəçevir sakini Damət Şəfizadə turizm sahəsi ilə məşğul olsa da, şəxsi təsərrüfatında rəngarəng bitkilər yetişdirməyi bacarıb. Yapon növü olan balqabaq bu baxımdan daha çox nəzəri cəlb edir.  Bu bitkinin qeyri-adiliyi onun digər balqabaqlardan balaca, yəni armud boyda olmasıdır. Yerli balqabaqlardan fərqlənən bu bitki narıncı rəngdədir, hündür  çardağa dırmaşıb bar verir Ev sahibinin dediyi kimi, bu bitkini […]

Tərbiyə, yoxsa təlim…

Gəlin özümüzü və bir-birimizi aldatmayaq, tərbiyə məsələsi bizdə heç cür alınmır. Tərbiyənin nə məna ifadə etdiyini heç kim doğru-düzgün anlamır, ona görə də İllərdir ki, bu sözün yaratdığı yanlışlar ilə heç nəyə nail ola bilmirik. Deyəcəksiniz ki, onda uşaqlara tərbiyə verməyək, hər kəs bildiyini eləsin? Onsuz da belə deyilmi, hər kəs istədiyi kimi özbaşınalıqlar etmirmi? […]