Browsing monthly archive

Mart 2015

Mingəçevirdə avtobus aşdı, 3 nəfər dünyasını dəyişdi

Mingəçevirdə sərnişin avtobusunun iştirakı ilə baş verən zəncirvari qəza zamanı ölən 3 nəfərin və xəsarət alan 10 nəfərin adı məlum olub. Hadisə martın 25-də səhər 9:30 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Məlumata görə, 8 saylı marşurut üzrə hərəkət edən 02-BN-084 dövlət nömrə nişanlı “Otoyol” markalı sərnişin avtobusu ilə (sürücü 1983-cü il təvəllüdlü Elgün […]

Mingəçevirdə Bahar bayramı qeyd edilib

Martжт 18-də səhər saatlarından başlayaraq, qara zurnanın sədaları altında atlı çaparlar yaşayış məhəllələrini gəzərək, Ьштпэбумшквэ Novruzun gəlişini müjdələyiblər. Dilarə Əliyeva küçəsindən Səməd Vurğun meydanına qədər çeşidli sərgilər, Novruz personajları, milli adət-ənənələrimizin zənginliyindən soraq verən səhnələr bir-birini əvəz edib. Səməni və Novruz xonçalarının müsabiqəsi təşkil olunub. Məktəblilərin və gənc rəssamların əl işləri, Tarix Muzeyinin qədim əşyalardan […]

FHN-in Aran Regional Mərkəzi Mingəçevirdə dəyirmi-masa keçirib

Bu fikirləri martın 17-də Mingəçevir Politexnik İnstututunda keçirilən dəyirmi masada FHN-nin Aran Regional Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun baş məsləhətçisi Məzahir Qaçayev səsləndirib. Mərkəzin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi Elşən Bəşirov gənclərin fövqəladə hallara hazırlığı ilə bağlı məsələnin vacibliyinə diqqəti yönəldib: “Bizim məqsədimiz budur ki, hadisə baş verməmişdən qabaq qarşısını alaq. Buna görə […]

Mingəçevirdə sənayenin inkişafına dair müzakirə aparılıb

İqtisadiyyat və Sənaye Nazirliyi martın 12-də Mingəçevirdə “Azərbaycan Respublikasında sənayenin inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda dövlət qurumlarının, müəssisə və təşkilatların, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüş keçiriblər. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov Azərbaycanın bölgələrində həyata keçirilən abadlıq-quruculuq işlərinin Mingəçevirdə də sürətlə davam etdirildiyini, sahibkarlıq təşəbbüslərinin dəstəkləndiyini, müasir infrastruktur və istehsal müəssisələrinin […]

Ağdam məktəbi yeniliyə imza atdı

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi bir neçə aydır ki, Təhsil Nazirliyinin sifarişi ilə “Orta təhsildə sivil məktəb şuralarının təbliği” adlı layihəni gerçəkləşdirir. Bu müddətdə həm Bərdədə yerləşən 1 saylı Ağdam köçkün məktəbində, həm də Mingəçevirdəki 10 saylı məktəbdə təhsilin idarə olunmasında valideyn iştirakçılığının və səriştəliyinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb. Mayın 18-də Ağdam məktəbində valideyn-müəllim-şagird […]

Mingəçevirdəki yeni tikilən şəhərcikdə kimlərin mənzilə daha çox ehtiyacı var?

Aldığımız məlumata görə, Mingəçevir İcra Hakimiyyəti şəhərdə məskunlaşan məcburi köçkünlərin ən ağır şəraitdə olanlarının siyahısını hazırlayır. Qaçqınkom  bu siyahıya əsasən avtovağzalın yaxınlığında tikilmiş yeni şəhərcikdə 598 ailəni  mənzillə təmin edəcək. Qəzetimiz yerli İcra Hakimiyyətinə və Qaçqınkoma kömək üçün  yaşayış şəraiti  həddindən acınacaqlı  vəziyyətdə olan obyektləri müəyyənləşdirib. Bunlar aşağıdakılardır: 1.Şəhərin sol sahil hissəsində: 1.1.SES-in giriş qapısında. […]

“Bura xəstəxanadan daha çox otelə bənzəyir”

Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, xanım Haydrun Tempel martın 4-də Mingəçevirə səfərə gəlib və şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Səfir Mingəçevirdə Birinci Avropa Oyunlarına hazırlığın vəziyyəti, məcburi köçkünlərin durumu, şəhərdəki mədəniyyət, təhsil və səhiyyə ocaqlarının vəziyyəti, istehsal və sənaye müəssisələrinin fəaliyyəti barədə maraqlanıb. N.Bayramov qonağa bildirib ki, Avropa Oyunlarına az qalmasına baxmayaraq, […]