Amerikalılar Mingəçevirin uşaq müəssisələrində
Yanvarın 26-da “Əlillərin inkişafında idmanın rolu” layihəsi çərçivəsində ABŞ-dan gələn nümayəndə heyəti Mingəçevirin uşaq müəssisələrində olub. Onlar əvvəlcə Uşaq və Ailələrə Dəstək Mərkəzinə baş çəkib, burdakı uşaqların fəaliyyəti ilə maraqlanıb, əlil uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə təkliflərini bölüşüblər.
Bundan sonra qonaqlar Uşaq Yaradıcılıq Mərkəzinə gələrək, UYM-in dram, rəqs və rəssamlıq dərnəyinin üzvləri ilə görüşüblər. Mərkəzin direktoru Ədalət Quliyeva uşaqların əl işlərini əks etdirən “Qara Yanvar” stendinin qarşısında dayanaraq, 20 yanvar faciəsi ilə bağlı balacaların düşüncələrini amerikalılara çatdırıb.
Qonaqlar başqa uşaq müəssisələrinin işi ilə də maraqlanıblar.
Şərhlər bağlıdır.