Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə yardımı və Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Cənub regionunda icra olunan “Kod Da Vinçi – Cənubda” layihəsi uğurla başa çatıb.

Layihənin final mərasimində layihə rəhbəri Hacı Mayılzadə, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin gənclərlə iş sektorunun müdiri Kənan Musayev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Humay Haşımlı və layihənin eksperti Etiram Sadıqzadə iştirak ediblər.

Lənkəran, Astara, Masallı və Cəlilabad rayonlarını təmsil edən komandalar məhdud vaxt ərzində bir-biri ilə əlaqəli olan yeddi sualı deşifrə ediblər. Oyunun nəticəsinə əsasən Lənkəran, Cəlilabad və Masallı rayonlarının gəncləri müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.

Qeyd edək ki, layihə çərçivəsində Lənkəran, Astara, Masallı və Cəlilabad rayonlarında yerli seçim mərhələləri keçirilib. 150-dən çox gəncin iştirak etdiyi bu mərhələlərdə ən yüksək nəticə göstərən komandalar Lənkəran şəhərində təşkil edilən final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Finalda qalib gələn komandalar kubok, medallar və sertifikatlarla mükafatlandırılıblar.

#Qrantmüsabiqəsi #AZE #MGİD #KodDaVinçiCənubda

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.