YENİ MASKA
Erməni-fars dostluğu terror qohumluğudur
Madam Anna Akopyan,
Yoxsa oldun müsəlman?
Qara çadraya bürün,
Daha gəzmə lüt-üryan.
***
Farslara çox bənzəyir
Erməninin xisləti.
Din pərdəsi altında
Vardır özgə niyyəti.
***
Neylək Anna, ərə get,
Ağayimollayana.
Bir madmazel bəxş elə,
Sevimli Paşinyana.
***
Makron da çox sevinər
Təzə bacı qazanar.
İranı da özünə
Yeni əyalət sanar.
***
Gün gələr boğularsız,
Üfunətin içində.
Dünya o dünya deyil,
Dünya yeni biçimdə.
***
Dost ola bilməyənin
Dostu ola bilərmi?
Arxadan vuranların
Bəxti üzə gülərmi?
***
Ver qabağa Annuşu,
O köhnə hiylənizdir.
“Dənizlərdən dənizə”,
Sizin məqsədinizdir.
***
Daha keçdi o vaxtlar,
Bir də geri qayıtmaz.
Azərbaycan oyanıb,
Daha qəflətdə yatmaz.
***
Erməni-fars dostluğu,
Terror qohumluğudur.
İrandakı rejimin
Çirkin hiyləsi budur.
***
Ədalətin zəfəri,
Türkün birliyindədir.
Bu zəfərin bayrağı,
Onların əlindədir.
***
Nə qədər ki, gec deyil,
Haqqın gücünü tanı.
Qarşında görəcəksən,
Ərdoğanla, İlhamı!
Hafiz HƏSƏNOĞLU (Mehdiyev)
28.01.2023
Şərhlər bağlıdır.