Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağ İqtisadi Rayonunun fermerlərinə “ekoloji təmiz məhsulun” istehsalı təşviq olunacaq

4 rayonda fermerlərin, bələdiyyə üzvlərinin, yerli icra hakimiyyəti və müvafiq mərkəzi orqanlarının regional idarələrinin təmsilçilərinin iştirakıyla görüşlərin keçirilməsi nəzərdə tutulub.

“Ekoloji İnformasiya ” İctimai Birliyi “Qarabağ iqtisadi rayonunun  fermerləri arasında  “ekoloji təmiz məhsul” istehsalının təşviqi” ” mövzusunda növbəti layihəsinin icrasına start verib. Bu barədə birliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə üç ay davam edəcək layihənin məqsədi Ağcabədi, Ağdam, Bərdə və  Tərtər rayonlarının fermerləri arasında ekoloji təmiz məhsulun yetişdirilməsinə marağın artırılmasına nail olmaq və sosial şəbəkələrin imkanlarından istifadə edərək fermer və istehlakçılar arasında maarifləndirmə işləri aparmaqdır.

Layihə çərçivəsində 4 rayonda fermerlərin, bələdiyyə üzvlərinin, yerli icra hakimiyyəti və müvafiq mərkəzi orqanlarının regional idarələrinin təmsilçilərinin iştirakıyla görüşlərin keçirilməsi nəzərdə tutulub.

Layihə rəhbəri Musa Muradlı onu da açıqlayıb ki, bütün bu işlər aktiv komanda tərəfindən həyata keçiriləcək: “Fəaliyyətlər layihənin eksperti Xosrov Musayev, 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Ekoloji İnformasiya İB üzvləri- Mustafa Mustafayev, Təbriz Məmmədli,  arıçı fermer Fəxrəddin Məmmədov arasında bölüşdürülüb. Biz  fermerləri maarifləndirmək məqsədilə seminarlar təşkil edəcək, ekoloji fermerçilik bukleti  və  sosial çarx hazırlayacaq, həmin çarxı  sosial şəbəkələr və youtube.com kanalı vasitəsilə yayacağıq”.

Şərhlər bağlıdır.