Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Tural bulağı açıldı, qazı övladlarına məktəb ləvazimatları hədiyyə edildi

Hər iki layihə iş adamı Hacı Vüsal Əlibəylinin yardımı ilə baş tutdu

685

Sentyabrın 10-da Mingəçevirdə Tural Əmir oğlu Orucovun anım günü keçirilib. Qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri mərasimə Şəhidlər Xiyabanından başlayıb. Turalın və digər şəhidlərimizin xatirələri anılıb, ruhlarına dualar oxunub.

Bundan sonra xatirə bulağının açılışı olub. Yüzlərlə mingəçevirlinin qatıldığı tədbirdə Tural Orucovun ikinci Qarabağ müharibəsində Şuşaya qədər uzanan döyüş yolundan danışılıb. Atası Əmir kişi, döyüş yoldaşları, gənc qazilər igid övladımızın bu günkü nəslə örnək olacaq həyatının səhifələrini vərəqləyiblər.

Gənc Qazilər İctimai Birliyi layihəsi çərçivəsində həmin məkanda 50 qazi övladını sevindirə bilib.  Qazilər məktəbli oğlan və qızlara içərisi məktəb ləvazimatları ilə dolu çantaları hədiyyə ediblər. Birliyin rəhbəri Namiq İbrahimlinin dediyinə görə, həm bulağın açılışı, həm də çantaların alınması xeyriyyəçi iş adamı Hacı Vüsal Əlibəylinin yardımı ilə baş tutub: “Hacıya təşəkkür edirik ki, hər iki layihənin gerçəkləşməsinə vəsait ayırdı. İstərdik ki, başqa iş adamları da belə  xeyriyyəçilik fəaliyyətləri ilə sosial məsuliyyətlərini bölüşməkdə maraqlı olalar”.

Şərhlər bağlıdır.