2021-ci ilin yanvar-sentyabr ayları ərzində Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Sənaye müəssisələri tərəfindən 2021-ci ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə 258243,8 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 7,2 faizi emal sektorunda, 91,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Tikinti müəssisələri tərəfindən 2021-ci ilin yanvar-sentyabr ayları ərzində şəhərdə 208 fərdi yaşayış evi tikilib, 5164,6 min manatlıq əsas fondlar istifadəyə verilmişdir.
Şəhərdə əsas kapitala cəmi 11124,8 min manat investisiya yönəldilmişdir ki, bunun da 10383,4 min manatı tikinti-quraşdırma işləridir.
2021-ci ilin yanvar-sentyabr ayları ərzində kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə 48,7 ton ət (diri çəkidə) kəsilmiş, 1039,2 ton süd (fiziki çəkidə) sağılmış, 117,0 min ədəd yumurta və 5,6 ton yun (fiziki çəkidə) istehsal edilmişdir.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 369,0 min ton yük və 13922,0 min sərnişin daşınmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınması 4,9 faiz, sərnişin daşınması isə 10,5 faiz azalmışdır.
İnformasiya və rabitə müəssisələri 2021-ci ilin yanvar-sentyabr aylarında 1724,7 min manatlıq xidmət göstərmişdir ki, onun da 58,4 faizi və ya 1008,0 min manatı əhali sektoruna aid olmuşdur. 2020-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 66,8 faiz və ya 690,6 min manat artmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 293278,3 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 39976,6 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 6,6 faiz, ödənişli xidmətlərin həcmi isə 9,5 faiz artmış, ticarət şəbəkəsindən 189799,6 min manatlıq ərzaq məhsulları, 103478,7 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 105,6 faiz, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları üzrə 107,2 faiz, qeyri-ərzaq malları üzrə 102,7 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil etmişdir.
İlkin hesablamalara görə 2021-ci ilin yanvar-sentyabr aylarında şəhərdə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artaraq 483,5 manat təşkil etmişdir.
İlkin hesablamalara görə ilin əvvəlindən əhalinin sayı 73 nəfər artaraq 2021-ci ilin yanvar-sentyabr ayları vəziyyətinə 106503 nəfər olmuşdur.
Şərhlər bağlıdır.