Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2021-ci ilin oktyabr ayının 1-i vəziyyətinə təsərrüfat subyektlərinin xarakteristikası

246

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.

Bu dövrdə şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, dövlət mülkiyyətində olan müəssisələrin bir hissəsi özəlləşdirilərək xüsusi bölməyə keçmiş, onların strukturlarında dəyişikliklər baş vermişdir. Rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir.

2021-ci ilin oktyabr ayının 1-i vəziyyətinə “Statistik vahidlərinin Dövlət reyestri”ndə Mingəçevir şəhəri üzrə qeydiyyatdan keçmiş hüquqi şəxslərin, filial və nümayəndəliklərin sayı 1238 olmuşdur.

Fəaliyyət növləri01.10.2021-ci il vəziyyətinə hüquqi şəxslərin sayıÜmumi saya görə

%-lə

 CƏMI1238100,0
 o cümlədən:  
AKənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq816,54
BMədənçıxarma sənayesi120,97
CEmal sənayesi806,46
DElektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı80,65
ESu təchizatı, tullantıların təmizlənməsi və emalı20,16
FTikinti12610,18
GTicarət; nəqliyyat vasitələrinin təmiri23819,23
HNəqliyyat və anbar təsərrüfatı141,13
İTuristlərin yerləşdirilməsi və ictimai iaşə100,81
Jİnformasiya və rabitə221,78
KMaliyyə və sığorta fəaliyyəti211,70
LDaşınmaz əmlakla əlaqədar əməliyyatlar161,29
MPeşə, elmi və texniki fəaliyyət262,10
Nİnzibati və yardımçı xidmətlərin göstərilməsi393,15
ODövlət idarəetməsi və müdafiə, sosial təminat161,29
PTəhsil524,20
QƏhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi282,26
Rİstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət151,21
SDigər sahələrdə xidmətlərin göstərilməsi43234,89

Şərhlər bağlıdır.