Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2020/2021-ci tədris ili üçün DİN-in Polis Akademiyasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna dair elan

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsilə 25 kursantın qəbulu üçün müsabiqə elan edir.
Müsabiqədə – Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan  18 yaşadək (2020-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları sırasından oğlanlar iştirak edə bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2020-ci ilin yanvar, aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.
Sənədlərin qəbulu 2020-ci il yanvar ayının 27-dən mart ayının 1-dək hər gün (bazar günləri istisna olmaqla) saat 1000-dan 1700-dək daimi qeydiyyat yeri üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcəkdir. Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
–  şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün
arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);
– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında
arayış;
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);
– oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
– 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd  fotoşəkil (papaqsız, rəngli, donuq
kağızda).
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 454-12-78,                             (012) 590-99-82.
İlkin sənədləri Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.
Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 8 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 6 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə) verməli, Nazirliyin seçmə komissiyasından, habelə Tibb
Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin seçmə və ya tibb komissiyalarından keçə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu anda abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.
Seçmə komissiyasının iş vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet saytında yerləşdiriləcəkdir.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı I ixtisas qrupunun fənləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
DİN-in Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust – 14 sentyabr 2020-ci il tarixdə Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dərslər 15 sentyabrda başlamaqla tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir.
Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.
Məzunlara “050615 – informasiya təhlükəsizliyi” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə, onlar daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
Ətraflı məlumatlar Akademiyanın www.pa.edu.az internet saytında yerləşdirilmişdir.

Şərhlər bağlıdır.