Əfqanıstanda həlak olanların xatirəsinə nərd yarışı keçirilib
Fevralın 5-də Əfqanıstan Veteranlar Birliyi Mingəçevir şöbəsi şəhər Bələdiyyəsinin binasında Əfqanıstanda həlak olan yoldaşlarrının xatirəsinə nərd yarışı keçirib. Açılış mərasimində şöbənin sədri Elşən İbrahimli, Şəhər İcra Hakimiyyətinin 1 saylı ərazi üzrə nümayəndəsi Rizvan Mikayıllı, Mingəçevir Bələdiyyəsinin qulluqçusu Zahid Qasımlı, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Prezidenti Səbuhi Abbasov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, idmançı Mehman Məlikov gənclərin hərbi vətənpərvərlik tərbiyəsində belə tədbirlərin əhəmiyyətindən danışıblar.
Azərbaycanın Dövlət Himni oxunub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bundan sonra nərd yarışına start verilib. Gərgin mübarizə şəraitində davam edən yarışda Əfqanıstan veteranlarından Əyyar Rəhimov birinci, Sübhan Səfərov ikinci, Tərlan Osmanov üçüncü, birliyin könüllüsü Turqut Əsgərov isə dördüncü pillədə qərarlaşıblar. Qaliblərə hədiyyələr verilib.
Şərhlər bağlıdır.