Əyyub Əyyubov dahi liderin Azərbaycan xalqının qəlbində əbədilik qazandığından danışıb
Ümummilli lider Heydər Əliyevin vəfatının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə xatirə tədbirlərlə qeyd olunub. Daha sonra tədbirlər silsiləsi elmi–nəzəri konfransla davam etdirilib. Konfransda kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov dahi liderin Azərbaycan xalqının qəlbində əbədilik qazandığını qeyd edib, 40 ilə qədər Azərbaycan və keçmiş sovetlər ittifaqının siyasi hakimiyyətində aparıcı mövqelərdə idarəçilik fəaliyyəti ilə məşğul olmuş Heydər Əlyevin xalqının və məmləkətin inkişafı və firavanlığı naminə böyük xidmətlər göstərdiyini xatırladıb: “Ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı geri qalmış aqrar məmləkətdən böyük sənaye potensialına malik respublikaya çevirdi. Daha sonra ittifaq rəhbərliyində Azərbaycan Respublikasının və xalqının siyasi iradəsini və mövqeyini daha da gücləndirdi. Azərbaycan xalqı yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra siyasi-iqtisadi və hərbi böhran içində olan xalqını və vətənini xilaskarlıq missiyası ilə dərin böhrandan xilas etdi.”
Heydər Əliyevin şərəfli ömür yolundan və siyasi fəaliyyətindən bəhs edən videoçarxa baxışdan sonra pedaqoq Eldar Dərişov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə edib. Konfrans ərzində tələbə özfəaliyyət qrupu fəalları ifasında maraqlı kompozisiya təqdim olunub.
Şərhlər bağlıdır.