Sehrli aləmin möcüzəsi
Bax musiqisinin sehri tədbirə toplaşanları valeh edib. Təsadüfi deyil ki, onu polifonik musiqinin atası adlandırırlar. Çünki bu janrı Bax qədər gözəl bilən ikinci bir bəstəkar doğulmayıb. Baxla rəqabətə girəcək insanın olmaması onun dahiliyini təsdiq edir. Lakin Baxın Azərbaycanın “Bayatı Şiraz” muğamından “Re minor Tokkata və Fuqa”sında istifadə etməsi sübut edir ki, ən dahi bəstəkarlar belə muğamlarımızın qarşısında acizdirlər.
Şagirdlərinin ifasında səslənən “Qavot”, “Menuet”, “1 nömrəli prelüdiya Do major”, “Adajio”, “Kiçik preludiya do minor” və başqa əsərlər dinləyicilərə Baxı sevdirib.
Mingəçevirin Konservatoriyası sayılan bu musiqi məbədinin divarlarına hopmuş əsərlərin təntənəsi idi bu tədbir. Konsert bitəndən sonra da getmək istəməyən valideyn və qonaqların yaddaşında Baxın adı və möhtəşəm musiqisi silinməz bir səhifəyə çevrilib.
Şərhlər bağlıdır.