İcra başçısı sakinlərlə səyyar görüş keçirib
İyunun 8-də Mingəçevir şəhərində, Nizami küçəsindəki 12 və 10/37, Nərimanov prospektindəki 41 saylı binaların sakinləri ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səyyar görüş keçirib. Başçı yerli əhalinin problemləri ilə yaxından tanış olub və onların aradan qaldırılması üçün aidiyyatı orqanlara tapşırıqlarını verib.
Görüşdə şəhərdə davam etdirilən quruculuq işlərinin əhəmiyyəti yüksək qiymətləndirilib. Bildirilib ki,bir neçə məktəbin əsaslı şəkildə yenidən qurulması təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Sakinlər abadlıq işlərinin daha da sürətləndirilməsi, bəzi yaşayış binalarının dam örtüklərinin təmiri, su-kanalizasiya xətlərinin çəkilməsindən sonra yolların asfaltlanması, binaların zirzəmilərinin və girişlərinin təmiri və digər məsələlərlə bağlı təkliflərini irəli sürüblər.
Şərhlər bağlıdır.