Goranboyda işıqforlar sürücülərdə çaşqınlıq yaradır
Goranboyda 5 yol kəsişməsində işıqforlar quraşdırılıb. Onların 2-də- Rayon İcra Hakimiyyətinin və Telekommunikasiya Qovşağının yanında (Heydər Əliyev prospektində) 7 il əvvəl quraşdırılan elektron işıqforların aşağı hissəsində saniyə göstəricisi həmişə qırmızı rəngdə olur. Həmin işıqforlar Çin istehsalıdır və respublikada elektron işıqforlar təzə qoyulan zaman quraşdırılıb. Mütəxəssislərin dediyinə görə. həmin saat mexanizmini işıqlandıran işıq diodları qırmızı rəngdədir. Halbuki müasir tipli işıqforlarda saniyə göstəricisi işıqforun işığına uyğun şəkildə dəyişir.
Şəhərdə yaşayanlar buna vərdiş etdikləri üçün avtomobili idarə edəndə heç bir çətinlik yaşamırlar, ancaq bu vəziyyət qonaqları çaşdırır.
Şərhlər bağlıdır.