Bizimlə həyatınız həmişə işıqlı olacaq!

7 saylı məktəbin bayram təntənəsi

Dövlət Bayraq günü münasibəti ilə Mingəçevirdəki  Rəşad Mirabov adına 7 saylı məktəbdə bayram tədbiri keçirilib. Himnimizin sədaları altında üçrəngli bayrağımız səhnəyə gətirilib. Şagirdlər maraqlı şeir, ingilis və Azərbaycan dillərində mahnılar səsləndirib, milli rəqslərimizi ifa ediblər. Tədbidə bayrağımızın rənglərinin mənasından danışılıb, “Bayraq qürur mənbəyimizdir” adlı rəsm müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.

Məktəbin direktoru Anar İsmayılov bildirib ki, Azərbaycanın istənilən bölgəsində bayrağımız ən uca  zirvədə dalğalanır: “Bu da xalqımızın dövlətimizə, onun milli dəyərlərinə sədaqətindən irəli gəlir”.

Direktor üzünü şagirdlərə tutaraq  deyib ki, yaxşı oxuyun ki, bayrağımızı ölkəmizdən kənarda da dalğalandırasınız.

Şərhlər bağlıdır.