Nəsib Bayramoğlunun “Qəribə dünya” kitabının təqdimatı olub
Bu sözləri noyabrın 20-də AMİ və AYB-nin yerli təşkilatlarının təşəbbüsü ilə “Qəribə dünya” kitabının təqdimatı zamanı Rasim Şükürov deyib. Azərbaycan Müəllimlər İnsititutu Mingəçevir filialının direktoru qeyd edib ki, bədii yaradıcılığına keçən əsrin 60-cı illərindən başlayan Nəsib Bayramoğlu \”Boyunduruq\”, \”Arı və demokratiya\”, \”Mingəçevirdə qalan ömür\”, \”Yuvalar\”, \”Tənha məzar\” kitablarının müəllifidir, AYB və AJB-nin üzvüdür.
Kitab haqqında fikrlərini bölüşən AYB Mingəçevir şöbəsinin rəhbəri İsmayıl İmanzadə Nəsib müəllimi S.Rüstəm, C.Novruz, Z.Yaqub və başqa istedadlı ədiblər kimi sözü necə deməyi bacaran insankimi təqdim edib: “Yazıçı müasir oxucunun nə istədiyini yaxşı bilir, dili lakonikdir, yığcam yazılar hazırlayır”.
Kitabdakı hekayələrə nəzəri çəkən Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı vurğulayıb ki, “Deyimlər, duyumlar” bölməsindəki qısa sətirlər onun çox xoşuna gəlib: “Nəsib müəllim həqiqətən arıçı yazıçıdır, Çünki o kitabı ərsəyə gətirənə kimi əziyyət çəkib, müşahidələr aparıb, adicə korrektə məsələsində də dərinliyə gedib”.
Aytən Kosayeva
Şərhlər bağlıdır.