QHT-lər yerli sosial-iqtisadi inkişaf proseslərinə necə qoşula bilər?
Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzində təlim sessiyası keçirilib.
Yerli QHT təmsilçiləri üçün keçirilmiş təlimlər təşkilati idarəetmə və strateji planlaşdırma, dəlil əsaslı tədqiqat metodologiyaları və məlumatlardan istifadə etməklə ictimai siyasət tövsiyyələrinin hazırlanması, vəkillik, lobbiçilik, dəyişiklik və şəbəkələşmə üçün strateji kommunikasiya, hədəf regionların sosial-iqtisadi inkişafı kimi mövzuları əhatə edib.
12-13 dekabr 2016-cı ildə baş tutan iki günlük təlim sessiyasına Mingəçevir, Ağdam və Ağcabədidə fəaliyyət göstərən QHT təmsilçiləri qatılıb. İnteraktiv müzakirə şəraitində keçən təlim zamanı əsas diqqət QHT təmsilçilərinin yerli sosial-iqtisadi inkişaf proseslərində iştirak sıviyyəsini artırmağa imkan verən zəruri bilik və bacarıqların aşılanmasına, praktiki vərdişlərin inkişaf etdirilməsinə yönəldilib.
Təlim sessiyasının 2017-ci ilin yanvar ayında davam etdirilməsi nəzərdə tutulur.
Şərhlər bağlıdır.