Gənclərin radikal meyllərdən qoruyaq!
Dekabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Yevlax bölgəsinin təşkilatçılığı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin iştirakı ilə şəhərdəki 1 saylı tam orta məktəbdə Gənclərin radikal meyllərdən qorunması mövzusunda konfrans keçirilb. Konfransda məktəbin pedaqoji kollektivi və 9-11 sinif şagirdləri iştirak ediblər.
Məktəbin direktoru Aynur Rəsulova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirləri barədə məlumat verib. Komitənin əməkdaşı Əlisa Fərəcov “Gənclərin radikal meyllərdən qorunması” mövzusunda çıxış edib. O, Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizədə, gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınmasında qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb.
Konfransda “Fitnə” filmi nümayiş etdirilib və onun ətrafında müzakirələr aparılıb. Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Elşən Əliyev bildirib ki, Azərbaycan dövləti gənclərimizin milli ruhda böyüməsi, onların yad təsirlərdən qorunması istiqamətində ciddi addımları atır.M əktəbin müəllimi Səbinə Həsənova vurğulayıb ki, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi, elmi, intellektual, mənəvi, fiziki inkişafı pedaqoji kollektivin daim diqqət mərkəzindədir. 11-ci sinif şagirdi Gülnar Tağıyeva filmdən təsirləndiyini, gənclərin radikal dini meyllərdən uzaq tutulması üçün bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Şərhlər bağlıdır.