İyunun 14-də Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına həsr olunan elmi-nəzəri konfrans keçirib. YAP şəhər təşkilatının akt zalında baş tutan konfransı Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açıb. Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə yenidən qayıdışı ilə bağlı fikirlərini açıqlayan başçı qeyd edib ki, o dövrdə Azərbaycanda hakimiyyətsizlik, xaos, anarxiya, böhran hökm sürürdü: “Ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Xalqın təkidli tələbi ilə ulu öndər yenidən hakimiyyətə gəldikdən sonra bütün bunlara son qoyuldu, ümummilli liderin uzaqgörən siyasəti Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan qurtardı. Məhz buna görə də Azərbaycanda 15 iyun Qurtuluş günü kimi qeyd olunur”.
Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, Mingəçevir Turizm Kollecinin müəllimi Aygül Rəhimova, 16 nömrəli məktəbin tarix müəllimi, YAP şəhər təşkilatı idarə heyətinin üzvü Ramiz Kərimov, MDU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin tyutoru, YAP şəhər təşkilatı gənclər birliyi idarə heyətinin üzvü Aytac Cavadova ulu öndərin fəaliyyətinin müxtəlif sahələrini əhatə edən məruzələrlə çıxış ediblər.
İyunun 14-də axşam radələrində H.Əliyev meydanında bayram konserti və atəşfəşanlıq təşkil olunub.
Şərhlər bağlıdır.