Bizimlə həyatınız həmişə işıqlı olacaq!

81 yasli Qəmər xanım “Günəşli”də itkin düşən oğlundan xos soraq alacağına inanır

“Günəşli” yatağında 10 saylı buruqda baş verən qəzadan sonra itkin düşənlərdən biri də Mingəçevir sakini İnqilab Osman oqlu İsgəndərovdur. O. 29 noyabr 1957-ci ildə Mingəçevirdə anadan olub. İxtisasca nəqliyyatçıdır. Son 10 ili dənizdə işləyib. İki övladı var. Bu il apreldə qızına, sentyabrda isə oğluna toy edib. Buruqdakı qəzadan 10 gün əvvəl ad gününü dənizdə keçirməli olub.
Anası Qəmərxanım 81 yaşı var. Uzun illər Mingəçevirdə ibtidai sinif müəllimi kimi çalışıb və böyük hörmət qazanıb. Hazırda təqaüddə olan ana oğlunun itkisinə inanmır, “O mütləq gələcək” deyir.
Dekabrın 4-də “Günəşli” yatağında güclü küləyin borunu sındırması nəticəsində platformada yanğın baş verib. Orada işləyən neftçilərdən 32 nəfər xilas edilib, 30-u itkin düşüb (Bu günə olan məlumata görə, onlardan 6-nın cəsədi tapılıb). Faciə ilə bağlı dekabrın 6-da ölkədə bir günlük matəm elan olunub. Platformada baş vermiş yanğının səbəbləri prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış xüsusi komissiya tərəfindən araşdırılır.

Şərhlər bağlıdır.