Sabah dünyanın əksər hissəsində 8 Mart Beynəlxalq Qadınlar günü qeyd ediləcək. Təqvimimizin bayram gününü biz də yaddaqalan şəkildə keçirməyə, ana və bacılarımıza, xanımımıza və qızlarımıza daha çox diqqət yetirməyə çalışırıq. Amma unuduruq ki, ilin qalan 364 gününü qadınlar adi nəvazişə ehtiyac duyur, üstəlik təhqir və təzyiqlərə, işgəncələrə məruz qalırlar. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzainin dediyi kimi, qanunvericilikdə qadın və kişi hüquqları bərabər olsa da, real həyatda bunu hər zaman görmürük. Statistikaya görə, ötən ilin 9 ayında Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərdə özünü öldürmə, həmçinin öldürmə həddinə çatdırma ilə bağlı 135 fakt qeydə alınıb. Ölən qadınların sayı 112 olub. Nəzərə alaq ki, minlərlə fakt statistikadan kənarda qalır, çünki söyülməyi, döyülməyi adi həyat tərzi hesab edən qadınlarımız kifayət qədərdir və bu məlumatları evdən kənara çıxarmırlar.
Görəsən uşağa baxan, paltar yuyan, yemək hazırlayan, ev-eşiyi yığışdıran qadınlarımı-zın əməyini dəyərləndiririkmi? Əgər bu işləri xidmətçilərə gördürsək, nə qədər ödəməli olarıq? Yəqin ki, kişilər bu haqda da düşünməlidirlər. Biz qadınlara təkcə 8 martda deyil, hər gün dəyər verməliyik.
Şərhlər bağlıdır.