31 Mart-Azərbaycanlıların soyqırımı bəşəriyyətin ən ağır cinayət hadisələrindəndir
1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın bütün ərazilərində görünməmiş vəhşiliklər törədiblər və bunun nəticəsində 50 mindən çox soydaşımız həlak olub
Ermənilər tarixən Azərbaycanlılara qarşı etnik təmizləmə işləri aparıblar.Bunlardan ən dəhşətlisi isə 1918-ci ilin 30 martından 3 aprelinə qədər olanıdır.Həmin qırğınlarda 30 mindən artıq insan öldürülmüş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur.Ermənilər Şamaxıda, Bakıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, Göyçayda, Zəngəzurda və digər yerlərdə Azərbaycan türklərinin qırdıqlarını qırmış, digərlərini isə olmazın əzablar vermişlər.Bütün bu hadisələrin başında erməni cəlladı Stepan Şaumyan dururdu.
Ulu öndər Heydər Əliyev 1998-ci il mart ayının 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı.Həmin Fərmanla mart ayının 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.
Ümumilikdə 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın bütün ərazilərində görünməmiş vəhşiliklər törədiblər və bunun nəticəsində 50 mindən çox soydaşımız həlak olmuşdur.Ermənilərin 100 il ərzində Azərbaycanda törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamda öz əksini tapmışdır.
İşğaldan aad olunmuş torpaqlara səfəri zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev demişdir: “Ermənilər Azərbaycan torpaqlarında elə bir vəhşiliklər törədiblər ki, sanki bu yerlərdən vəhşi bir qəbilə keçmişdir.”
Budur erməni xisləti, budur erməni vəhşiliyi. Nəhayət ki, bütün dünya ermənilərin iç üzünü görməlidirlər.
FHN Aran Regional Mərkəzi
Maarifləndirmə sektoru
Şərhlər bağlıdır.