Noyabrın 12-də, saat 11:00-da Bakıda EU4Culture-da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 000 Avro qrant alacaq üç seçilmiş şəhərin elan edilməsi məqsədilə mükafatlandırma mərasimi təşkil olunacaq.
Qrant müraciətləri üçün müsabiqə 2021-ci ilin may ayında başlayıb. O, Avropa Mədəniyyət Paytaxtlarının yanaşmasına uyğun olaraq, qeyri-paytaxt şəhər və rayonlara Mədəni İnkişaf Strategiyalarını hazırlamaq və həyata keçirmək üçün dəstək olmaq məqsədi daşıyır. Ümumilikdə, müsabiqədə Şərq Tərəfdaşlığının 5 ölkəsindən 70 şəhər iştirak edib. Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra Azərbaycandan aşağıdakı 3 şəhər seçilib: Şəki, Xırdalan, Lənkəran
Seçilmiş şəhərlər Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün 30 000 Avroya qədər qrant alacaqlar. Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300.000 Avroya qədər qrant alacaq.
Tədbirdə Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Səfiri, Mədəniyyət Nazirliyinin şöbə müdiri, Dövlət Turizm Agentliyinin nümayəndələri, üç qalib şəhərin İcra Başçıları, EU4Culture layihəsinin nümayəndələri iştirak edəcəklər. Tədbir mətbuat konfransı, ardınca salamlama nitqləri və mükafatlandırma mərasimi ilə başlayacaq, burada Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Səfiri cənab Peter Mixalko seçilmiş şəhərlərin İcra Başçılarına rəsmi olaraq qrant sertifikatlarını təqdim edəcəkdir.
EU4Culture Şərq Tərəfdaşlığı ölkələrində qeyri-paytaxt və rayonlara xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dörd illik layihədir. Layihə mədəniyyətin regionda böyümə və sosial inkişaf üçün mühərrik olmasına töhfə vermək məqsədi daşıyır. EU4Culture layihəsi Goethe İnstitutu (rəhbər), Gürcüstandakı Fransa İnstitutu, Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzləri tərəfindən həyata keçirilir.
Şərhlər bağlıdır.