AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib 

2021-ci ilin 9 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında əməkdaşlıq çərçivəsində “Turizm müəssisələrində müştəri münasibətlərinin idarə edilməsi” mövzusunda seminar keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin akademik heyət üzvləri və magistrantları iştirak ediblər.

Seminarda çıxış edən AHBVU Turizm fakültəsinin professoru Ali Yaylı müasir dövrdə mərkəzində dəyər əsaslı marketinq yanaşmasının dayandığı müştəri münasibətlərinin idarə edilməsi konsepsiyasının populyarlığından bəhs edib.

Turizm sektorunda turistlərin dəyər yaradan əsas elementlərdən biri olduğunu vurğulayan məruzəçi müasir rəqabət şəraitində turizm müəssisələrində yeni müştərilər əldə etmək, mövcud müştəriləri qoruyub saxlamaq, müştəri sədaqətini qazanmaq və gəlirliliyi artırmaq üçün müştəri davranışlarına müxtəlif vasitələrlə təsir etməyin zəruriliyindən danışıb.

Müştəri münasibətlərinin idarə edilməsi strategiyası haqqında ətraflı məlumat verən A.Yaylı bu idarəetmə sahəsinin başlıca məqsədləri, mərhələləri və marketinq alətlərindən söhbət açıb.

Pandemiya şəraitində müştəri təhlükəsizliyinin və davamlılığının təmin edilməsinin turizm müəssisələri qarşısında dayanan aktual vəzifələrdən olduğunu qeyd edən məruzəçi Türkiyədə tətbiq edilən təhlükəsiz turizm standartları haqqında fikirlərini bölüşüb.

Seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzə ətrafında geniş müzakirə aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, MDU və AHBVU arasında əməkdaşlıq əlaqələri 2021-ci ilin mart ayında qurulub. Sözügedən əməkdaşlığın əsas istiqamətlərindən biri kimi hər iki universitetin akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə ortaq konfransların və seminarların keçirilməsi nəzərdə tutulub.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close