Məktəbim müəllim və şagird kollektivi əsrin faciəsi zamanı qətlə yetirilmiş günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirin aparıcısi Kamalə Məmmədova zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açıb. O, Xocalıda 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən müdhiş gecəni təfsilatı ilə tədbir iştirakçılarına xatırladib: “Xocalının fəryadı silahların süngüsünə keçirilmiş körpələrin cığıltısında, ana-bacılarımızın inilti dolu ah-naləsində, meşələrdə buz heykələ çevrilmiş soydaşlarımızın donmuş yaddaşlarında, “Qarabağ bizimdir, bizim də olacaq!” deyərək şəhid olan oğullarımızın dilində qaldı”.
Məktəbin müəllimləri Polad Osmanov, Zülfiyyə Hacıyevanın ifasında “Şəhidlər”, “Ananın səsi” mahnıları, məktəblilərin barmaqlarından royala süzülən İ.S.Baxın, Hendelin, Dvarionas, Q.Qarayev və başqa bəstəkarların əsərləri, azyaşlıların söylədikləri şeirlər maraqla izlənilib.
Məktəbin direktoru Namiq Mirzəyev müxtəlif dövrlərdə Azərbaycan xalqına edilmiş xəyanətlərdən söz açıb. O, tezliklə Dağlıq Qarabağın üzərindən qara buludların çəkiləcəyini, düşmən tapdağında olan torpaqlarımızın azad olacağını əminliklə deyib.
Şərhlər bağlıdır.