2019-cu il icra başçısının yaddaşında necə qalıb?
Şəhər sakinlərini Dünya Azərbaycanılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2019-cu ilə nəzər salıb, respublikamızın və şəhərimizin həyatında yadda qalan məqamlara toxunub. O, xüsusilə vurğulayıb ki, Heydər Əliyevin başladığı və inkişaf etdirdiyi işlər onun siyasi varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Mingəçevirdə 20 nümunəvi məhəllə salınıb. “Dostluq” parkında uzun illər diqqətdən kənarda qalmış 1,4 hektar ərazidə Dövlət Rəmzləri Muzeyi, 200 yerlik örtülü səhnə tikilir, uşaqların və yeniyetmələrin istifadəsi üçün mini-futbol meydançası hazırlanıb, eləcə də söhbətgahlar, idman qurğuları quraşdırılıb. Şəhərin Xaldan şosesi tərəfdən giriş hissəsində 2,4 hektar ərazidə seyrəngah yaradılır”.
Yerli mədəniyyət işçiləri və Uşaq Gənclər İnkişaf Mərkəzi rəqs qrupunun çıxışları, Şaxa baba və Qar qızın, tədbir iştirakçılarının təbrikləri şirniyyat süfrəsi ətrafında toplaşanları darıxmağa qoymayıb.
Şərhlər bağlıdır.