17 yaşlı gənc suda boğuldu
İyunun 18-də İsmayılov İntiqam Arif oğlu dənizdə boğularaq həyatını itirib. İntiqam İsmayılov Ağdam rayon məcburi köçkünüdür. 17 yaşlı mərhumun nənəsi Rəfiqə Qurbanova bildirib ki, nəvəsi 4 il əvvəl atasını, 3 il sonra isə anasını itirib: “İntiqamın səhər tezdən evdən xəbərsiz çıxdı. Bir azdan qapı döyüldü, qonşudan bir kişi İntiqamın evdə olub-olmadığını soruşdu. Sonra heç nə demədən kiminləsə telefonla danışdı.Arxasınca qaçdım ki, İntiqamı neynirsən.Telefonu mənə uzatdı, O zaman İntiqam dənizdə batdığı xəbərini verdilər. Anasının əmanətiydi bizə… Qızım bizə 3 uşaq əmanət qoydu. Ancaq ölən günə kimi həmişə İntiqamdan muğayət olun deyirdi. Əsgər qardaşına nə deyəciyimizi bilmirik”- yaşlı nənə ah-nalə çəkdi.
Rəfiqə Qurbanova İntiqamın 3 yaşında olanda da suya düşdüyünü, onu güclə həyata qaytardıqlarını bildirdi: “Nəvəmin əcəli sudan imiş. Bir dəfə xilas etdik. İkinici dəfə sular çəkdi qoynuna. Bəlkə də valideynlərinə qovuşmaq istəyirdi, ona görə daim suya can atırdı”.
Şərhlər bağlıdır.