Mingəçevirdə yaşayan Allahverdi Əliyev uzun illərdir ki, saxladığı sümüyün dinozavra məxsus olduğunu iddia edir. 80 yaşlı kişi nəhəng canılının oma sümüyünü övladının Mingəçevir su anbarının köhnə Öcək kəndi ərazisindən tapdığını bildirir. Mingəçevir sakini tapıntının ilk əvvəl fil sümüyü olduğunu, amma laboratoriya cavabından sonra dinozavrın oma sümüyü olduğunun təsdiqni tapdığını deyir.
Mingəçevir kəndinin sakini olan Allahverid Əliyev ata nənəsinə aid olan qədim qabları da qoruyub saxlayır. 2 əsrdən çox yaşı olan əşyaların üzərində olan işarələr, naxışlar qədim qabların həmin dövrün səntəkrlıq nümünəsi olduğunu göstərir.
İllərdir saxladığı qədim əşyalara yüksək məbləğ təklif edilsə də Allahverdi kişi onları satmayıb. Şəhər sakini qədim əşyaları tarixi tapıntı olaraq, gənc nəsillərə ötürməyə çalışır.
Esmira HİDAYƏTOVA
Şərhlər bağlıdır.