Bizimlə həyatınız həmişə işıqlı olacaq!

1150 ailəyə qurban payı çatdırılıb

Avqustun 12-də Mingəçevirdə Qurban bayramı münasibətilə rəngarəng tədbirlər düzənlənib. Mingəçevir Turizm Kollecinin həyətində ictimaiyyət nümayəndələrinin iştirakilə baş tutan şəhər tədbirinə İcra Hakimiyyəti başçısı İlham İsmayılov da qatılıb. O, bildirib ki, Azərbaycanda milli-mənəvi və islami dəyərlərə həmişə diqqət olub: “Baxmayaraq ki, ölkəmizdə din dövlətdən ayrıdır, lakin din xadimlərinə normal fəaliyyət göstərmələri üçün dövlət səviyyəsində hər cür şərait yaradılıb. Azərbaycanda tolerantlıq mühiti mövcuddur, hər kəsə etiqad azadlığı verilib. Lakin ölkə əhalisinin böyük əksəriyyəti müsəlman olduğundan və islam dininə sitayiş etdiyindən bir çox dini mərasimlər, o cümlədən Qurban bayramı dövlət səviyyəsində qeyd edilir”.

Mingəçevirliləri bayram münasibətilə təbrik edən başçı vurğulayıb ki, İcra Hakimiyyətinin xəttilə səhər tezdən şəhərin müxtəlif yerlərində çoxsaylı qurbanlar kəsilir: “1150 ailəyə qurban payı çatdıracağıq. Ayrı-ayrı təşkilatlar da bu müqəddəs günlərdə öz kollektivlərinin üzvlərini, ehtiyacı olan başqa insanları bayram hədiyyələri ilə sevindirirlər”.

Din xadimi dua verdikdən sonra qurban üçün hazırlanmış heyvan kəsilib və əti paylanıb.

Şərhlər bağlıdır.