11 bölgədən qadınlar Yevlağa gəldi
Mayın 11-də Yevlaxda rayonunda “Multikultural dəyərlər və adət ənənələr” mövzusunda YAP Qadınlar Şurasının zona müşavirəsi keçirilib. Şura sədri, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva və İdarə Heyətinin üzvü Zərifə Quliyevanın iştirakı ilə keçən müşavirədə 10 bölgə üzrə partiyanın rayon şöbələri Qadınlar Şurasının sədrləri və aktiv üzvləri iştirak ediblər.
Müşavirədə Mingəçevir qadınlarını YAP ŞT Qadınlar Şurasının sədri Nurcamal Əsgərova və şura üzvləri Ədalət Quliyeva, Aidə İsmayılova və Esmira Əhmədova təmsil ediblər. Nurcamal xanım mövzu ətrafında geniş çıxış edib.
Şərhlər bağlıdır.