2018-ci il oktyabr ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Əhali statistikası şöbəsinin ilkin məlumatlarına əsasən şəhərin daimi əhalisinin sayı (məcburi köçkünlər istisna olmaqla) 105078 nəfər olmuşdur. 2018-ci ilin yanvar-sentyabr aylarında əhalinin ümumi artımı 515 nəfər olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 111 nəfər və ya 17,7 faiz azdır.
2018-ci ilin 01 oktyabr vəziyyətinə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sayı 20243 nəfər olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 143 nəfər və ya 0,7 faiz azdır.
2018-ci ilin yanvar-sentyabr aylarında şəhərdə 883 uşaq diri doğrulmuşdur ki, bu da əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsal 8,4 olmuşdur. 2018-ci ilin yanvar-sentyabr aylarında 442 ölüm halı qeydə alınmışdır ki, bu da əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsal 4,2 olmuşdur. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövründə diri doğrulanların sayı 6,9 faiz və ya 57 nəfər, ölənlərin sayı isə 4,0 faiz və ya 17 nəfər artmışdır.
2018-ci ilin yanvar-sentyabr aylarında şəhərdə 379 nikah və 172 boşanma halı qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 9,9 faiz və ya 57 nikah, boşanmaların sayı isə 19,4 faiz və ya 17 boşanma artmışdır. 2018-ci ilin yanvar-sentyabr aylarında əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsal müvafiq olaraq nikah üzrə 3,6 və boşanma üzrə isə 1,6 olmuşdur.
2018-ci ilin yanvar-sentyabr aylarında şəhərə 187 nəfər gəlmiş, 113 nəfər isə şəhərdən getmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə gələnlərin sayı 49,3 faiz və ya 182 nəfər, gedənlərin sayı isə 21,5 faiz və ya 31 nəfər azalmışdır.
Etibar Kərimov
Mingəçevir Şəhər Statistika İdarəsi
Şərhlər bağlıdır.