Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Müstəqilliyimiz ən böyük sərvətimizdir”

261

Yeni Azərbaycan Partiyasının  şəhər təşkilatı yerli İcra Hakimiyyəti  ilə birgə  YAP ŞT-nın qərargahında 17 Noyabr-Milli Dirçəliş günü ilə bağlı toplantı keçirib.  Çıxışlarda milli azadlıq hərəkatı, onu doğuran səbəblər və hərəkatın məntiqi yekunları barədə ətraflı söhbət açılıb. Qeyd olunub ki, SSRİ dağılan ərəfədə işğala, təqibə və hədələrə qarşı yumruq kimi birləşən Azərbaycan xalqının iradəsi dünyanı lərzəyə gətirib. Meydanlara axın edən insanlar və orada səsləndirilən şüarlar xalqın istiqlaliyyət savaşının başlanğıcı olub. Sonralar  mübarizə yeni görkəm alıb, 20 yanvar faciəsi yaşanıb, nəhayət son nəticədə Azərbaycan dövlət müstəqilliyinə qovuşub.

***

Mingəçevir Turizm Kollecinin kollektivi də Milli Dirçəliş gününü bayram coşqusu ilə qeyd edib. Rəsm, inşa müsabiqəsi və dəyrimi masa ətrafı müzakirələrdə bir araya gələn pedaqoq və tələbələr vətənpərvər duyğularını və istedadlarını nümayiş etdiriblər. “Müstəqilliyimiz ən böyük sərvətimizdir” adlı elmi-nəzəri konfransla davam edən tədbir ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Şərhlər bağlıdır.