Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əfqan veteranlarının yaşayış sahəsində Mikayıl Əlibəylinin xatirə bulağı açıldı

Mikayıl 2020-ci il oktyabrın 7-də Ağdərə istiqamətində gedən savaşda şəhidlik zirvəsinə yüksəlib

2022-ci il oktyabrın 30-da Mingəçevirdə, əfqan veteranlarının yaşayış sahəsində Mikayıl Əlibəylinin xatirə bulağının açılışı olub.  Mərasimdə din xadimi Cavid Mustafazadə, Əfqanıstan Veteranlar İttifaqı Mingəçevir şöbəsinin rəhbəri Elşən İbrahimli, idmançı Mehman Məlikov, Milli Məclis üzvünün köməkçisi Bayram Yusifov, ictimai fəal Qismət Qədirov, “Gənc Qazilər” İctimai Birliyinin sədri Namiq İbrahimli və başqaları çıxış ediblər. Onlar  bu il dekabrın 23-də 30 yaşı qeyd ediləcək şəhidin döyüş yoluna nəzər salıblar. Diqqətə çatdırılıb ki,  Mikayıl 2020-ci il  oktyabrın 7-də Ağdərə istiqamətində gedən savaşda şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması uğrunda” medallarına layiq görülüb.

Mikayılın atası, Əfqanıstan veteranı Xalıqverdi Əiyev tədbirə gələnlərə, eyni zamanda bulağın inşası ilə bağlı xərcləri öhdəsinə götürmüş iş adamı Vüsal Əlibəyliyə minnətdarlıq edib.

Şərhlər bağlıdır.