Qarabağ qaziləri Beynəlxalq Əlillər Günü Şəhidlər Xiyabanına gəldilər
Dekabrın 3-də Qarabağ Əlilləri Cəmiyyətinin Mingəçevirdə yaşayan bir qrup üzvü Beynəlxalq Əlillər Günü münasibətilə Şəhidlər Xiyabanına gələrək, şəhid yoldaşlarının qəbirlərini və 20 Yanvar abidəsini ziyarət ediblər. Birinci qrup əlilliyi olan şəxs Əbülfət Babayev deyib ki, adətən ziyarətə daha çox adam gələ bilərdi, sadəcə pandemiya ilə əlaqədar sosial məsafə gözlədikləri üçün bu missiyanı bir neçə nəfər cəmiyyət üzvü yerinə yetirir: “Biz bu günü Ermənistan üzərində böyük qələbəmizi yaşadığımız zamanda qeyd edirik. Müzəffər ordumuz düşmənin başını əzərək, işğal etdiyi torpaqlarımızdan çıxarmağa nail oldu. Hətta Qarabağda doğulmayan, sentyabrın 27-dək o yerləri bircə dəfə də ayaq basmayan gənc əsgərlərimiz bu ədalət savaşında şəhidlik və qazilik zirvəsinə yüksəldilər. İndi bu xiyabanda uyuyan şəhidlərimizin ruhu dinclik tapıb”.
Bundan sonra Qarabağ qaziləri Heydər Əliyevin abidəsini də ziyarət edərək, ümummmili liderə ehtiramlarını bildiriblər.
Tədbir çay süfrəsi ətrafında maraqlı nüzakirələrlə davam edib.
Şərhlər bağlıdır.