Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevidrə iki avtomobil toqquşub, xəsarət alanlar var

Mingəçevirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. “Hyundai” markalı minik avtomobili “Ford” markalı maşınla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində biri azyaşlı olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.