Zaqatalada “İncəsənət sosial inkişafda vasitə kimi”
Education HUB-ın “İnkişaf Zamanı” proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” təlimlərinin ikinci mərhələsi Zaqatalada baş tutub. 2019-cu ilin 18 avqustundan 23-dək davam edən təlimlər zamanı Azərbaycanın bölgələrindən olan gənclər layihə menecmentinin əsas müddəalarını öyrəniblər. 25 nəfər gəncdən ibarət qrup layihələrin yazılışı, layihə xərcləri və idarəetmə, planlaşdırma, monitorinq və risklərin idarəolunması ilə bağlı praktiki tapşırıqları yerinə yetiriblər. Ekologiya, ixtisas seçimi, narkotiklərdə asılılığın aradan qaldırılması, valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin incəsənət vasitəsilə daha böyük auditoriyaya çatdırılması üçün layihələr hazırlanıb və növbəti aylarda icrası üçün hazırlıqlara başlanılıb.
Şərhlər bağlıdır.