Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zəhmət olmazsa balansınızı artırın…

Yaxud da niyə kitab oxumalıyıq və həm də yaradıcı olmalıyıq.

1. 509

Telefonumuzda yetərli kontur olmayanda zəng edib danışa bilmirik. Oxşar olaraq, həm özümüzə, həm də bir-birimizə faydalı ola bilmək üçün, həm yetərli biliyimiz, həm yetərli iradəmiz, həm də yetərli inandırmaq bacarığımız olmalıdır. Əks halda, hər zaman yetərsizlikdən əziyyət çəkirik. Nələrisə bilirik, bəzən hətta çox şey bilirik, amma faydalı ola bilmirik, niyə? Çünki biliyimizə hakim olmuruq, ya da bunun fərqində olmuruq. Məsələn, tutaq ki, biliyin çoxdur, yaddaşın da güclüdür, hardan desələr ordan cavab verirsən, amma bu bilik nə öz həyatını, nə də ətrafındakı insanların həyatını yaxşıya doğru dəyişməyə bəs etmir. Çünki bu biliyini həyatla əlaqələndirə bilmirsən, həyatında və ətrafında baş verən hadisələrlə bağlılığını, məntiqi əlaqəsini tapıb çıxış yolu müəyyən edə bilmirsən, biliyin doğruları anlamaqda sənə kömək edə bilmir, deməli biliyinə hakim deyilsən, sadəcə əzbərin yaxşıdır. Əgər biliyn varsa, onu həyatla əlaqələndirə bilirsənsə, doğruları anlayır və yanlışların nə olduğunu başa düşürsənsə  və bir daha bu yanlışları etmirsənsə, deməli biliyinə hakimsən.

Bu gün aldığımız təhsil də məhz əzbərçiliyi önə çəkir, nə edirsən et çox şey öyrən! Bu isə düşünən insan olmaq, biliyinin fərqində olmaq, biliyinə hakim olmaq fürsətindən uzaq olmaqdır. Odur ki, öyrənməklə yanaşı biliyinin fərqində olmaq, düşünmək üçün oxumaq, özünə və bir-birinə faydalı olmaq üçün oxumaq və oxuduqlarına hakim olmaq lazımdır. Bu fikir niyə bu qədər önəmlidir, çünki o qədər problemlərimizin yığılmağının əsas səbəblərindən biri də biliyimiz olduğu halda problemlərimizi həll edə bilməməyimizdir. Ölkəmizdə bu qədər savadlı insanlar var, amma heç bir problemimizi həll edə bilmirik. Demək ki, biliyimizin çox olmağının bir işə yaraması üçün, həm də onu idarə edə bilmək, düzgün yönləndirmək bacarıqlarımız da olmalıdır.

Son vaxtlar məktəblərdə uşaqların siniflərdə intizamsız, ədəbdən kənar hərəkətləri də onu göstərir ki, uşaqlara sinif ruhu aşılanmamışdır. Bu vəziyyəti əsasən “sinif qaydaları” adı ilə düzəltməyə çalışırıq, amma görünən odur ki, sinif qaydaları belə, uşaqlara heç bir kömək etmir, çünki heç bir nizam-intizam, ədəb-ərkan vərdişləri olmayan uşaqlara sinif qaydaları nəsə ifadə etmir. Bu, onunla bağlıdır ki, uşaqlar sinifdə öyrənmənin bir kollektiv öyrənmə olduğunu anlamırlar və buna görə davranmırlar. Kollektiv öyrənmə zamanı isə uşaqlar bir-birinə mane olmamalı, bir-birinə kömək etməyə çalışmalıdırlar. Qarşılıqlı hörmət və anlayış vərdişi olmayan, kobud, eqoist, görünür ki, ailədə də ailə ruhu aşılanmayan uşaqlar  sinif şəraitində də bir-birinə mane olur, müəllimin hər hansı xəbərdarlığını vecinə almır. Bu isə öyrənmə mühitini korlayır.

Bəli, əsasən də müəllimlərin bu problemlərdən çıxış yolu tapması lazımdır və biliyin əsas rolu burada köməyə çatmalıdır. Odur ki, biliymizə hakim olaq və probemlərdən çıxış yolları tapaq.

 

 

Şərhlər bağlıdır.