Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yol polisi məktəbə gəldi

300

Mingəçevir şəhərindəki Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydə yol hərəkəti qaydalarının gənclər arasında təbliğinin gücləndirilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Mingəçevir Polis Şöbəsi Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov  deyib ki, məqsəd yol hərəkətində təhlükəsizliyi təmin etmək, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Gəncləri DYP ilə birgə tədbirlərdə iştiraka dəvət edən X.Məmmədov onları yol hərəkəti qaydalarının tələblərini ciddi yerinə yetirməyə səsləyib: “Nizamlanmayan yerlərdən keçməyin, yeraltı və yerüstü piyada keçidlərindən istifadə edin”.

Liseyin şagird və müəllimlərinin  iştirak etdiyi tədbirdə  şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.

Şərhlər bağlıdır.