Yevlaxda silahlı erməninin aşkar edilməsi barədə məlumat doğru deyil
Dünən bəzi sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndi ərazisində erməni milliyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntülər həqiqəti əks etdirmir. APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Məlumata görə, kənd sakinləri tərəfindən aşkar edilən şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan, Yevlax şəhər sakini R.Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb. Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.
Şərhlər bağlıdır.