Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yevlax bölgəsi üzrə şöbə Mingəçevirdə maarifləndirmə tədbiri keçirib

150

Noyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir” mövzusunda seminar keçirilib. Tədbirdə ekspertlərlə yanaşı kollecin müəllim və tələbə kollektivi iştirak edib.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev, şəhər “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşfiq Nəcəfov, psixoloq-pedaqoq Könül Məmmədova və Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura üzvü və Gender Komissiyasının sədri Yeganə Nəbiyeva çıxış ediblər. Onlar qadının cəmiyyətdə rolu, təhsilin əhəmiyyəti, İslam dinində qadınlara verilmiş hüquqlar , erkən nikahların zərəri və digər məsələlər haqda maraqlı məlumatlar veriblər. Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunaraq qızların təhsil almasının vacibliyi qeyd edilib.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.