Yeniyetmə və gənclərdə özünəinamı artırmaq üçün
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycan və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən “Əsas Həyat Bacarıqları” təlim kursunun yeni mərhələsinin icrasına başlanılıb.
Yeniyetmə və gənclərin müstəqil düşünməsi, özünəinam, şəxsi inkişafına dəstək olmaq, onların stresə davamlılığını artırmaq və məqsədlərini müəyyənləşdirməyə kömək etmək məqsədi daşıyan təlimin ilk günündə təlimçi Seymur Səfəralıyev iştirakçılara layihə ilə bağlı məlumat verib. Müraciət edənlər arasından seçim olunaraq təlimlərdə iştirak hüququ qazanan yeniyetmə və gənclərə təlimlərin mahiyyəti, əldə ediləcək bilik və bacarıqlar, bunun gələcək həyat və fəaliyyətlərinə təsiri ilə bağlı məlumat verən təlimçi iştirakçılara təlimlər zamanı aktiv olmalarını tövsiyyə edib. Layihənin ilk təlimində dərslərin daha effektiv olması, iştirakçıların müsbət nəticələrə yiyələnmələri məqsədilə müəyyən qaydalar müəyyənləşdirilib.
Daha sonra “Gərginliyin idarə edilməsi” mövzusu çərçivəsində iştirakçıları məlumatlandıran təlimçi Seymur Səfəralıyev gərginliyin müəyyən edilməsi üsullarından danışıb. Təlim zamanı iştirakçılar:
- Gərginliyə səbəb olan ümumi vəziyyətləri müzakirə edib;
- Gərginliyin əlamətlərini müəyyən etməyi öyrənib;
- Gərginliyin aradan qaldırılmasında nəfəsalma fəaliyyətini təcrübədən keçiriblər;
- Diqqətliliyin gərginliyin gücünü azlatmağa necə kömək etdiyini dərk ediblər.
Şəmsiyə ƏDİLOVA
Şərhlər bağlıdır.