Martın 16-da Mingəçevirdə “Regional Hospital”ın açılışı baş tutub. Mərasimdə şəhəri İcra Hakimiyyətinin nümayəndəsi İlqar Pirməmmədov, yerli və xarici qonaqlar yeni kollektivə təbriklərini çatdırıb və onlara əhalinin sağlamlığı yolunda uğurlar arzulayıblar. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra qonaqlar və mingəçevirlilər hospitalda yaradılan şəraitlə tanış olublar.
Əməkdar həkim, cərrah Qiyas Mehtiyev deyib ki, məqsəd şəhər əhalisi ilə yanaşı ətraf bölgələrin sakinlərinə də yüksək ixtisaslı tibbi yardım göstərməkdir: “Hospital Almaniya istehsalı olan avadanlıqlarla təhciz olunub. Burada yüksək ixtisaslı həkimlər çalışır”.
Şərhlər bağlıdır.