“Yeni Azərbaycanın yeni baharları” icma əsaslı sosial inkişaf mərkəzinin fəaliyyətinin təşkili”
Mingəçevir şəhərində fəaliyyət göstərən Ailələrə Sosial Dayaq İctimai Birliyinin (ASDİB) nəzdindəki “Qaranquş-Yeni Nəsil” Asudə Zaman Mərkəzi fərqli bir layihəyə start verib. Mərkəzin və layihənin rəhbəri Mətanət Yusifovanın dediyinə görə, bu dəfə sağlamlığı məhdud olan uşaqlarla digər qəbildən olan uşaqların birgə icma əsaslı sosial inkişaf mərkəzinin ( SİM) təşkili nəzərdə tutulub: “Sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsinə könüllülər cəlb ediləcək. Onların və sosial xidmət sahəsində regionda fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması üçün silsilə təlimlər təşkil ediləcək. Sosial qanunvericiliklə bağlı sağlamlıq imkanları məhdud uşaqların valideyinləri maarifləndiriləcək. Regionda sosial sifarişlər həyata keçirən qeyri-hökümət təşkilatlarının (QHT) fəaliyyətinin səmərəliliyi artırılacaq.
Mətanət xanım onu da bildirib ki, layihə çərçivəsində mərkəzdə aztəminatlı ailələrin uşaqlarına birgə icma əsaslı sosial reablitasiya xidmətlərini göstəriləcək, könüllüləir cəlb ediləcək, SİM-də çalışan sosial işçilərin yeni sosial sahələr üzrə (inklüziya, loqopediya, erkən müdaxilə terapiyası) bilik və bacarıqları artırılacaq. Sağlamlığı məhdud uşalqrın valideynlərinin maarifləndirilməsi də qarşıda duran vəzifələrdəndir.
Tədbirdə sağlamlığı məhdud uşaqların valideynləri, QHT nümayəndələri və başqaları da iştirak ediblər.
Şərhlər bağlıdır.